Ölkə futbolu
Elnur Cəfərov “Keşlə”də
“Keşlə” heyətini yeni futbolçu ilə güclən…
“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt klubu Elnur Cəfərovu heyətinə qatır.
Premyer Liqa təmsilçisi son olaraq “Neftçi”nin şərəfini qorumuş futbolçu ilə bu gün rəsmi müqavilə imzalayacaq. Məlumatı “sport24”ə açıqlamasında gənc futbolçu özü də təsdiqləyib: "Bəli, bu gün "Keşlə" ilə müqavilə bağlayacam".
“Xəzər Lənkəran”ın yetirməsi olan Cəfərov 2017-ci ildən “Neftçi”də çıxış edirdi. Lakin bu yay o, “ağ-qaralar”la yollarını ayırmışdı.