Bizi izləyin

Ölkə futbolu

AFFA-nın Lənkəran xofu

Qarşıdakı mövsümdən 1-ci divizionda çıxış etm?…

blank
Qarşıdakı mövsümdən 1-ci divizionda çıxış etmək istəyən "Xan Lənkəran" klubunun tərəfdarları AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlayıb. Müraciətdə bunlar qeyd olunub:
 
"Xan Lənkəran" Peşəkar Futbol Klubu Azərbaycanda dünya standartlarına uyğun model kimi iyun ayının 1-də təsis olunub. Klubun rəsmi fəaliyyətinin 2 ayı tamam olmayıb. Bu iki ay ərzində əldə etdiyimiz nəticələr aşağıdakılardır:
 
– 400.000 manatlıq baş sponsor müqaviləsi.
– 50.470 manatlıq hissə satışı və ianə yığımı.
– Ölkə xaricindən 200.000 manatlıq hissə satışı anlaşması.
– "Pody" geyim istehsalı ilə bağlı fabrik təminatlı anlaşma (satıldıqca ödəmə sistemli).
– Turizm şirkəti ilə təlim məşq toplanışı üçün Ukrayna gediş-dönüş səfərlərinin reklam əsaslı təminatı anlaşması.
– Oyunlarda reklam lövhələri ilə bağlı ilkin razılıqlar.
– Forma nömrəaltı reklamı üçün sponsorluq anlaşması.
 
Bütün bu nəticələrə baxmayaraq, klubumuz AFFA İcraiyyə Komitəsinin 24 iyul tarixli qərarı ilə 1-ci diviziona buraxılmamaq perspektivi ilə üzləşib. Klubun idarə heyəti 1-ci divizionda iştirak üçün iyunun 15-də Peşəkar Futbol Liqasına müraciət etsə də, həmin müraciətə İK-nin 1 aydan sonrakı toplantısından sonra cavab verilib və məlum qərar əsas göstərilərək, "Xan Lənkəran" PFK-na həvəskarlardan ibarət Region liqasında oynamaq tövsiyyə olunub. Bununla da klubun həm sponsor müqavilələrini, həm də hissə qoyuluşlarını itirməsi təhlükəsi yaranıb.
Biz hesab edirik ki, "Xan Lənkəran" modelində müstəqil maliyyə qaynaqları formalaşdıran, özünü maliyyələşdirən kluba qarşı bu münasibət səhvdir, Azərbaycan futbolunun yenilikçi layihələrlə inkişafının qarşısını almaqdır.
 
İmzamızla xahiş edirik ki, "Xan Lənkəran" PFK-nun 2018-2019 futbol mövsümü üçün 1-ci divizionda iştirakı məsələsinə yenidən baxılsın və kluba şərait yaradılsın”.
 
AFFA İcraiyyə Komitəsinin son iclasından sonra federasiyanın baş katibi Elxan Məmmədov aralarında “Xan Lənkəran”ın da olduğu bir neçə klubun qarşıdakı mövsümdə 1-ci divizionda iştirak etməyəcəyini bildirmişdi. “Xan Lənkəran” tərəfdarları isə məhz bu qərara etiraz olaraq, Rövnəq Abdullayevə müraciət edib, imzatoplama kampaniyasına start verib.
 
Müraciəti 1200 nəfərin imzalaması faktı çox şeydən xəbər verir. Cənub bölgəsində futbolu çox sevirlər və AFFA buna biganə qalmamalıdı. Bəli,klub quruculuğunda yanlışlar ola bilər, bəlkə “Xan Lənkəran”ın da təməli sağlam deyil. Lakin istənilən halda, debütanta münasibət bu qədər sərt olmamalıdı. Yoxlanmalı, qərar verilməlidi.
 
Hə də AFFA-nın birdən-birə Region Liqasında oynamayanları I diviziona buraxmaması da doğru deyil. İndiyə kimi belə qadağa olmayıb və cənublular da işini buna uyğun qurub. Qadağa bir il, azı 6 ay əvvəldən açıqlanmalı idi. O zaman insanlar da işini buna uyğun qurardı – ya klub yaratmazdılar, ya da Region Liqasına görə tədbir tökərdilər. Məmmədovun yuxusuna haram qatılıb, monopoliyasına təhlükə var deyə qəfil belə danışması yolverilməzdi.
 
Ortada hansısa reqlament yoxdu, heç vaxt divizionda oynamaqla bağlı sərhəd olmayıb. “Sabah”, “Binə” və başqaları da ötən il divizionda birdən-birə peyda olmuşdu. Lənkəran səhnəyə çıxan kimi niyə belə tələbkar oldular ki? Razıyam, hər şey qanin çərçivəsində olmalıdı, amma öncə AFFA özü bu qanunlara riayət etsin. Baş katibin kefi istəmirsə, “olmaz” deyə bir şey yoxdu.
 
Lənkəran AFFA üçün həmişə zəif nöqtə olub. Baş əyməyən, müstəqil olan bu şəhərin futbolsevərləri qısa müddətdə yoxdan komanda yarada bildiklərini ortaya qoydular. Bu, Müşahidə Şurasından da ideal sistemdi, bəlkə də hətta SOCAR-ın özünü maraqlandıracaq təşəbbüsdü. Niyə əngəl olursuz? Heç olmasa, nə olduğunu araşdırın…
 
AĞA
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm