Ölkə futbolu
“Neftçi” “Keşlə”yə qalib gəldi
“Neftçi” yeni mövsümə hazılığı davam…
“Neftçi” yeni mövsümə hazılığı davam etdirir.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu gün hazırlıq çərçivəsində “Keşlə” ilə yoxlama oyunu keçirib. “Neftçi”nin bazasında baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
“Neftçi” ilk hissədə bir neçə qol epizodu yaratsa da, fasilədən sonra fərqlənə bilib. İlk qolu 67-ci dəqiqədə Dario Frederikonun ötürməsindən sonra Emin Mahmudov vurub. Bundan 2 dəqiqə sonra Mirabdulla Abbasov fərqlənib. Bunadək isə Frederiko ilə Abbasovun zərbələri qapı dirəyinə tuş gəlib.
Xatırladaq ki, “Neftçi” bu mövsüm Topaz Premyer Liqasında ilk matçını səfərdə “Sumqayıt”a qarşı keçirəcək. "Keşlə" isə "Sabah"ı qəbul edəcək. 1-ci turun oyunları avqustun 11-12-də baş tutacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı