Dünya futbolu
Nəbiyev dubl etdi, “Slaviya” qələbə ilə başladı
Çexiyanın futbol üzrə gənclər liqasında yeni möv…
Çexiyanın futbol üzrə gənclər liqasında yeni mövsümə start verilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da 2018/19 mövsümündə ilk matçına çıxıb. Sözügedən kollektiv mövsümün ilk rəsmi matçında “Viktoriya”nı qonaq edib. Qarşılaşma “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
Komandasının mövsümə qələbə ilə start verməsində Fəridin böyük rolu olub. O, 20 və 35-ci dəqiqələrdə qol vurmaqla dublunu rəsmiləşdirib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”