Ölkə futbolu
Öncə Qurbanov, sonra Kunqu
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cava…
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ" – “Kukesi” (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iyulun 31-də saat 18:15-də "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının önünə çıxacaq. “Köhlən atlar”ın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Kukesi"nin baş məşqçisi Armando Kunqu saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Albaniyada keçirilən ilk oyunda hesab açılmayıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı