Müsahibə
Dario Frederiko: “Neftçi”nin çempion olacağına inanıram”
“Neftçi”nin braziliyalı yarımmüdafiəç…
“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Dario Frederiko növbəti mövsümə hazırlıqla bağlı futbolinfo.az saytının suallarını cavablandırıb:
– Çempionata hazırlıq necə gedir?
– Hazırlıqlar qaydasındadır. Hər şey yolunda gedir. Ciddi şəkildə çalışırıq.
– "Uypeşt" məğlubiyyətinin şokundan komanda ayılıb?
– Futbolda hər şey baş verə bilər. Amma bu o demək deyil ki, hər şeyi itirəcəksən. Bəzi yanlışlar mümkündür. İndi işimizi Azərbaycan çempionatı üzərində qurmuşuq.
– "Neftçi"yə uyğunlşmaq üçün çətinlik çəkmirsən?
– Təbii ki, yox. 3 il Azərbaycan çempionatında oynamışam və davam edirəm. Mənim üçün heç bir problem yoxdur.
– Çempionata "Sumqayıt"la başlayacaqsız. Asan rəqib düşdü…
– Məncə, liqada heç zaman asan oyun olmur. Bacardığımızın ən yaxşısını "Sumqayıt"a qarşı etməyə çalışacağıq. İlk qələbə həqiqətən çox önəmlidir. Düşünürəm ki, yaxşı olacaq.
– Komandanın heyəti hədəflər üçün kömək edəcək?
– Bizim yaxşı komandamız var. Mən inanıram ki, çempion olacağıq. Bunun üçün nə lazımdırsa, edəcəyik. Ən yüksək səviyyədə.
– Ruslan Abışovun yoxluğu çətinlik yaratmayacaq?
– O, bizim üçün çox vacib oyunçudur. Uzun müddət sıradan çıxması böyük itkidir. Bizim ürəyimiz onunladır.
FƏRİD