Ölkə futbolu
“Səbail”də daha bir legioner
“Səbail” növbəti transferini reallaşdırıb.
Fu…
“Səbail” növbəti transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Tome Kitanovskini heyətinə qatıb.
Makedoniyalı sağ cinah müdafiəçi ilə klub arasında 1 illik müqavilə imzalanıb. 26 yaşlı müdafiəçi daha əvvəl Makedoniyanın “Pelister Bitola”, Rumıniyanın “Universitatya Krayova”, Serbiyanın “Vozdovaç” və “Mladost” (Luçani”, Xorvatiyanın “İstra 1961” və “Slaven Belupo” klublarında çıxış edib.
Qeyd edək ki, klub daha əvvəl konqolu hücumçu Kevin Koubemba ilə (1 il) və braziliyalı müdafiəçi Enrike Moura (1+1 sistemi) ilə müqaviləyə imza atmışdı.