Dünya futbolu
MY-nin sabiq ulduzu Türkiyə klubunda
Türkiyənin 1-ci liqa klubu “Adana Dəmirspor” ulduz …
Türkiyənin 1-ci liqa klubu “Adana Dəmirspor” ulduz futbolçu ilə müqavilə imzalayıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana təmsilçisi “Mançester Yunayted”in keçmiş futbolçusu Andersonu transfer edib. Braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
7 mövsüm “Mançester Yunayted”də forma geyinən futbolçunun son klubu Braziliya “İnternasional”ı olub.
“Sambaçı” MY-dən başqa, “Portu”, “Fiorentina” kimi klubların da şərəfini qoruyub.