Dünya futbolu
Premyer Liqa klubu serbiyalı hücumçu aldı
İngiltərənin “Fulhem” klubu heyətini yeni futbol&ccedi…
İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçu Aleksandr Mitroviçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Serbiyalı forvard “Nyukasl”dan transfer olunub. Onunla 5 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mitroviç ötən mövsümün ikinci dövrəsini icarə əsasında məhz “Fulhem”də keçirmişdi. O, 2015-ci ildən “Nyukasl”da forma geyinirdi.
Serbiya yığmasında 40-dan çox oyun keçirmiş hücumçu karyerası ərzində “Teleoptik”, “Partizan” və “Anderlext”in də şərəfini qoruyub.