Dünya futbolu
“Real”ın forvardı rəsmən “Korintians”da
İspaniyanın “Real” klubu hücumçusu Serxio Di…
İspaniyanın “Real” klubu hücumçusu Serxio Diası icarəyə göndərib.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı paraqvaylı forvard Braziliyanın “Korintians” klubuna icarəyə verilib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatfa bildirilir ki, Dias qarşıdakı 1,5 ili Braziliya təmsilçisinin heyətində keçirəcək.
Serxio “Real”a 2016-cı ildə “Serro Porteno” klubundan transfer edilib. Lakin o, Madrid klubunun əsas komandasında rəsmi oyun keçirməyib. “Real”ın ikinci komandası olan “Kastilyo”da 36 oyuna çıxan futbolçu 5 qola imza atıb. O, icarə əsasında İspaniyanın “Luqo” klubunda da forma geyinib.