Dünya futbolu
Kamerun yığmasında yeni baş məşqçi
Sven-Yoran Eriksson futbol üzrə Kamerun yığmasını çal…
Sven-Yoran Eriksson futbol üzrə Kamerun yığmasını çalışdırmağa yaxındı.
Futbolinfo.az xəbər verir ki, o, artıq bir neçə gündür ki, Kamerun Futbol Federasiyasının rəhbərliyi ilə danışıqlar aparmaq üçün sözügedən ölkədə səfərdədi. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Tərəflər bütün məsələlərdə razılığa gələcəkləri halda, tezliklə rəsmi müqavilə imzalanacaq və Erksson yığma komandanın yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, məşqçilik karyerası dövründə İngiltərə, Meksika və Fil Dişi Sahili yığmalarını da çalışdırmış 70 yaşlı isveçli mütəxəssis 2013-cü ildən Çin klublarında çalışırdı. O, 2017-ci ildən işsiz idi.