Ölkə futbolu
“Kukesi”ni Bakıda Rauf Əliyevlə Milinkoviç qarşıladı
Albaniyanın “Kukesi” klubu Çempionlar Liqasının …
Albaniyanın “Kukesi” klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi cavab oyunu üçün Bakıya gəlib.
Futbolinfo.az xəbər verir ki, gecə saatlarında paytaxtımıza çatan Albaniya təmsilçisini Heydər Əliyev adına Beynəlxalq hava limanında bu komandanın sabiq hücumçusu Rauf Əliyev və sabiq baş məşqçisi Mladen Milinkoviç qarşılayıblar.
Xatırladaq ki, ötən mövsüm "Kukesi"nin uğurları üçün çalışan R. Əliyev və M. Milinkoviç qış fasiləsində komandadan ayrılıblar. Hazırda isə Rauf “Qəbələ”də çıxış edir, Milinkoviç isə bir neçə gün öncə “Keşlə”yə baş məşqçi təyin olunub.
"Qarabağ" – "Kukesi" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.