Ölkə futbolu
“Qarabağ”a qol vurmağa çalışacağıq”
Albaniyanın “Kukesi” klubunun futbolçusu Besar Mus…
Albaniyanın “Kukesi” klubunun futbolçusu Besar Musolli UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Oyuna hazırlıq zamanı qapının təhlükəsizliyi üzərində çox çalışdıq. Ancaq təkcə müdafiə olunmayacağıq. İlk görüşdə istədiyimizi aldıq. Çünki rəqib qol vura bilmədi. Hesab edirəm ki, cavab görüşündə rəqib daha çox təzyiq altında olacaq. Çünki onlar qələbə qazanmağa çalışacaqlar. Biz eyni formada çıxış edəcəyik. Üstünlük əldə etmək üçün qol vurmağa çalışacağıq. Ümid edirəm ki, buna nail olacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadonunda keçiriləcək və saat 21:00-da başlayacaq. Tərəflər arasındakı ilk oyunda hesab açılmayıb.