Müsahibə
Simeon Slavçev: “Başqa variantımız yoxdu”
“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slav&c…
“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Kukesi” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi futbolinfo.az saytının suallarını cavablandırıb:
– “Kukesi" ilə cavab matçına komanda tam hazırdımı?
– Əminliklə deyirəm ki, rəqibdən daha yaxşı komandayıq. Sadəcə, bunu meydanda göstərmək lazımdı. Qələbə qazanmaqdan başqa variantımız yoxdu. Çünki azarkeşlərimiz bu qalibiyyətə layiqdi.
– İlk oyunda rəqibin müdafiədə sıx oynaması sizə problem yaratdı…
– Düzdü, həqiqətən onlar yaxşı müdafiə olunurdular. Amma sadəcə, müdafiə olunurdular. Onların bu oyun taktikasını seçməsinə hörmət edirik. Amma bu dəfə fərqli olacaq.
– Rəqib futbolçular açıqlama verib ki, yenə eyni taktika ilə meydana çıxacağıq…
– Bunu bilirik və əminik ki, “Kukesi” Bakıda daha çox müdafiə olunacaq. Onlar hər hücumu qapıçılarının önündə bağlamağa çalışırlar. Bunu Bakıda da edəcəklər.
– Nəzərə alaq ki, "Qarabağ" burada 3 yeni hücumameyilli futbolçu ilə meydana çıxacaq. Hansı ki, onlar "Kukesi"yə qarşı oynamayıblar…
– Biz Abdulla Zubiri görmüşük. İnnosent Emeqara və Con Delarjın gücünə bələdik. Ümid edirəm ki, ən son gələnlər tez adaptasiya olub bizə kömək edəcəklər və qələbədə rol oynayacaqlar.
– Albaniya mətbuatının yazdığına görə, "Kukesi" matçı penaltilərə daşımaq istəyir…
– Onlar nə istədiklərini deyə və düşünə bilərlər. Biz isə sabah meydana danışacağıq.