Ölkə futbolu
Milinkoviç “Kukesi”nin 2 futbolçusunu “Keşlə”yə gətirir
“Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkovi&…
“Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviç ötən mövsüm çalışdırdığı “Kukesi”nin 2 futbolçusunu Bakı klubuna gətirmək istəyir. Albaniya mətbuatının yazdığına görə, serbiyalı mütəxəssis Valen Etemi və Rustem Hocanın xidmətində maraqlıdır.
50 yaşlı məşqçi rəhbərliyi altında oynamış iki müdafiəçini hazırkı komandasında görmək istəyir. “Kukesi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün Bakıda olmasından istifadə edən Milinkoviç dünən sözügedən futbolçularla görüşüb.