Ölkə futbolu
“Kukesi”nin kapitanı: “Penaltilər seriyasına da hazırıq”
“Kukesi”nin kapitanı Yili Şameti futbolinfo.az saytına …
“Kukesi”nin kapitanı Yili Şameti futbolinfo.az saytına müsahibə verib. Sabah Çempionlar Liqasında “Qarabağ”a qarşı oynayacaq futbolçu şanslarını dəyərləndirib.
– "Qarabağ"la matçda mərhələ keçməyə ümid edirsiz?
– Əlbəttə. Bilirik ki, çox çətin olacaq. Bizim üçün gərgin qarşılaşma keçəcək. Amma maksimum əlimizdən gələni edəcəyik ki, mərhələ keçək.
– Şansları faizlə necə dəyərləndirərdin?
– Bəlkə də bu barədə danışmaq çətindir. Fikrimcə, indiki vəziyyətdə 50/50-yədir.
– Amma "Qarabağ" böyük ehtimalla fərqli heyətlə, fərqli taktika ilə oynayacaq….
– Buna əminik və hazırıq. Sözümüzü meydanda deməyə çalışacağıq. Hər şey görəcəksiniz.
– Sizin ən böyük şansınız matçı əlavə vaxta daşımaqdır…
– Oyun ərzində də matçın taleyini həll edə bilərik. Amma bütün hallara hazırıq. Fərqi yoxdur – əlavə vaxt və ya penaltilər.
– Fərqli taktika ilə oynayacaqsız, yoxsa Albaniyadakı kimi…
– Bu komandanın sirridir.
AĞA