Dünya futbolu
Premyer Liqa klubunu Ərəbistan təmsilçisinə dəyişdi
İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Si…
İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti”nin futbolçusu Əhməd Musa Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.
Futbolinfo.az xəbər verir ki, ərəblər 25 yaşlı nigeriyalı üçün 19 milyon avro ödəyiblər. Ancaq bonuslarla birgə “Lester Siti”nin qazancı 39 milyon avroya qədər yüksələ bilər.
Musa ilə 4 illik müqavilə bağlanıb. O, yeni komandasında 7 nömrəli formada oynayacaq.
Futbolçunun məvacibi barədə məlumat verilmir. Ancaq bildirilir ki, Əhməd Nigeriya futbolunun tarixində ən çox məvacib alan futbolçu olacaq.