Dünya futbolu
Bundesliqanı Premyer Liqaya dəyişdi
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbol&cced…
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Maynts” klubunun yaponiyalı hücumçusu Yosinori Mutonu transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu 4 illik müqaviləyə imza atıb.
Yaponiyanın “Tokyo” klubunun yetirməsi olan Muto “Maynts”da 2015-ci ildən çıxış edirdi. O, Almaniya təmsilçisi ilə meydana çıxdığı 65 oyunda 20 qola imza atıb.