Ölkə futbolu
"Şerif" Bakıya qələbə ilə gəlir
Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunlar?…
Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Şerif” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Dinamo-Avto” ilə qarşılaşıb. Oyun “Qarabağ”ın rəqibinin qələbəsi ilə başa çatıb – 2:0.
Hesabı 19-cu dəqiqədə Əl-Haci Kamara açıb. 44-cü dəqiqədə isə Yevgeni Oança “Şerif”in qələbəsini rəsmiləşdirib.
Tiraspol təmsilçisi 18 turdan sonra 42 xalla 8 kollektiv arasında liderdi.
“Qarabağ” Moldovada keçirilən ilk oyunda “Şerif”ə 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib