Dünya futbolu
Hollandiyada klub dəyişdi – Millimizin üzvü
U-21 millimizin üzvü Ziya Əzizov Hollandiyanın "Den B…
U-21 millimizin üzvü Ziya Əzizov Hollandiyanın "Den Boş" klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Hollandiya mətbuatı xəbər yayıb.
19 yaşlı yarımmüdafiəçi bu ölkənin digər klubu "Nek Neymegen"ə keçib. Müqavilə müddəti və digər şərtlər haqqında məlumat verilməyib.
U-21 millimizin bu gün açıqlanan heyətində Əzizov məhz "Nek Neymegen"in futbolçusu kimi göstərilib.
Qeyd edək ki, "Den Boş"un yetirməsi olan futbolçu U-17, U-19 və U-20 millilmizdə də çıxış edib.