Ölkə futbolu
“Qəbələ” rəsmiləri Türkiyə klubunu ziyarət etdilər
“Qəbələ”nin baş meneceri Zaur Əzizov və komandanın …
“Qəbələ”nin baş meneceri Zaur Əzizov və komandanın baş məşqçisi Sənan Qurbanov Türkiyəyə işgüzar səfər ediblər.
Futbolinfo.az xəbər verir ki, onlar səfər çərçivəsində Super Liqa təmsilçisi "Başakşəhər"in bazasında olublar. “Qəbələ” rəsmiləri İstanbul klubunun baş məşqçisi Abdullah Avcı və icraçı direktoru Mustafa Eröğütlə görüşüblər. Görüş zamanı Türkiyə klubunun idarəçiliyi, strukturu və texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. “Qəbələ” rəsmiləri Abdullah Avcı və Mustafa Eröğütə komandanın formalarını hədiyyə ediblər.