Ölkə futbolu
“Bakcell”in pulları ilə yetişən ingilis
Haqsızlıq etmişik. AFFA-nın himayədarı olduğu “Manç…
Haqsızlıq etmişik. AFFA-nın himayədarı olduğu “Mançester Yunayted Məktəbi”nin 4 illik fəaliyyətini dəyərləndirərkən səhvə yol vermişik. Sən demə, “Bakcell”in milyonlar sərf etdiyi bu layihədən faydalananlar da var imiş.
2014-cü ilin sentyabrında açılan və bir neçə gün öncə fəaliyyətini dayandıran məktəb 4 il ərzində ölkə futboluna heç bir fayda vermədi. “Bakcell” səxavət kisəsini açıb, böyük vəsaitləri əsirgəməsə də, bəlli oldu ki, bu layihə yalnız məmur və imkanlı adamların övladlarının əyləncəsi üçün imiş. Şirkət rəsmiləri nəhayət, ayıldı və yeni müqaviləyə ehtiyac duymadı.
Məktəbdə hansısa istedadın yetişdiyini heç kim iddia edə bilməz. Belə biri – ən azı biri – olsaydı, indi AFFA gecə-gündüz təbliğatla məşğul olardı. Reallıq məktəbin 4 illik fəaliyyətinin maliyyə dağıtmaqdan ibarət olduğunu göstərir.
STOP! Tam belə də deyil. AFFA bu illərdə məktəbin baş məşqçisi olan Mik Bennetti yetişdirib. Azərbaycana sıradan biri kimi gələn bu şəxs ölkəmizdə PRO kateqoriyasına yiyələnib. Bacarıqsız olduğunu demirik, amma ölkəmizə bu dərəcəylə gəlməyib, onu Azərbaycanda alıb. Deməli, AFFA bir mütəxəssis yetişdirməyib bacarıb. İngiltərə üçün…
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var