Dünya futbolu
Droqba yenidən “Çelsi”də
“Çelsi”nin sabiq futbolçusu Didye Droqba yen…
“Çelsi”nin sabiq futbolçusu Didye Droqba yenidən London klubuna qayıdıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Droqba özü verib. O, “tvitter”də belə bir paylaşım edib:
“Yenidən “Çelsi”yə qayıtdığım üçün qürur duyuram”.
40 yaşlı Droqba “Çelsi”nin titul sponsorunun səfiri kimi fəaliyyət göstərəcək.
Didye “Çelsi”də müxtəlif vaxtlarda iki dəfə çıxış edib. O, bu komandanın heyətində 4 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasını qazanıb.