Dünya futbolu
Millinin məşqçisi 1 illik futboldan uzaqlaşdırıldı
Futbol üzrə Nigeriya yığmasının məşqçisi Salisu Yus…
Futbol üzrə Nigeriya yığmasının məşqçisi Salisu Yusuf bu ölkənin futbol federasiyası tərəfindən cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən mütəxəssis 1 il müddətinə diskvalifikasiya olunub. Bu müddət ərzində o, futbol üzrə istənilən sahədə fəaliyyət göstərməkdən məhrum edilib.
Bu barədə Nigeriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda o da bildirilir ki, Salisu 3 ay ərzində 5 min ABŞ dolları məbləğində cərimə ödəməlidi.
56 yaşlı qanalı mütəxəssis jurnalistdən 1000 ABŞ dolları rüşvət almaqda ittiham olunur. O, həmçinin bir neçə futbolçunun başqa klublara transferində vasitəçilik edib ki, bu da milli məşqçiləri üçün qadağandı.
Salisunun ittihamları qəbul etmədiyi və qərardan şikayət edəcəyi bildirilir.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”