Dünya futbolu
Millətlər Liqasında ilk tura yekun vuruldu
Futbol üzrə UEFA Millətlər Liqasında ilk tura yekun vurulub.
…
Futbol üzrə UEFA Millətlər Liqasında ilk tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə 7 qarşılaşma baş tutub.
Günün ən maraqla gözlənilən qarşılaşması İngiltərədə keçirilib. Futbolun yaradıcıları özləri kimi son dünya çempionatında çıxış etmiş İspaniya millisi ilə üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matç ispanların qələbəsiylə yekunlaşıb.
“Qarabağ”ın qapıçısı Hannes Halldorsonun heyətində yer aldığı İslandiya yığması səfərdə İsveçrəyə biabırçı hesabla uduzub.
Belarus San Marinonu, Lüksemburq Moldovanı böyük hesabla məğlub edib.
Finlandiya Macarıstanı, Yunanıstan Estoniyanı minimal hesabla üstələyib.
UEFA Millətlər Liqası
8 sentyabr
A Liqası
2-ci qrup
İsveçrə – İslandiya 6:0
Qol: Zuber, 13. Zakariya, 23. Şakiri, 53. Seferoviç, 67. Ayeti, 71. Mehmedi, 82.
4-cü qrup
İngiltərə – İspaniya 1:2
Qol: Reşford, 11 – Saul, 13. Rodriqo, 32.
B Liqası
3-cü qrup
İrlandiya – Bosniya və Herseqovina 1:2
Qol: Qriqq, 90 – Dulyeviç, 36. Sariç, 64.
C Liqası
2-ci qrup
Finlandiya – Macarıstan 1:0
Qol: Pukki, 7.
Estoniya – Yunanıstan 0:1
Qol: Fortunis, 14.
D Liqası
2-ci qrup
Belarus – San Marino 5:0
Qol: Staseviç, 4. Draqun, 26; 87. Saroka, 67-pen. Kovalyov, 90.
Lüksemburq – Moldova 4:0
Qol: Malqet, 34. Til, 60. Sinani, 75. Martins, 83.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”