Ölkə futbolu
“Zirə”dən kobud səhv: Texniki məğlubiyyət veriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu &cced…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Səbail” – “Zirə” matçı 1:1 hesabıyla başa çatdı.
Lakin futbolinfo.az saytının əldə etdiyi məlumata görə, bu qarşılaşmanın nəticəsi ləğv olunacaq.
Buna qonaq komandanın yaş limiti ilə bağlı oyunun protokolunda kobud səhvə yola verməsi səbəb olub.
Belə ki, protokolda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bu üzdən də matçın nəticəsinin ləğv olunması, qonaqlara isə texniki məğlubiyyət verilməsi gözlənilir.
Məlumata görə, komandanın 2000-ci il təvəllüdlü futbolçusu Hüseyn Əhmədovun lisenziyası oyundan əvvəl matçın 4-cü hakiminə təqdim olunub. Amma futbolçunun adı protokolda qeyd olunmayıb. Birinci hissədə ehtiyat skamyada oturan Hüseyn Əhmədov matçın ikinci hissəsində oyunun hakim-inpektoru Fazil Mürşüdov tərəfindən həmin yerdən kənarlaşdırılıb.
Qeyd edək ki, məsələ ilə bağlı yekun qərarı AFFA-nın İntizam Komitəsi verəcək.
Sonda onu da xatırladaq ki, bu oyun “Zirə”nin yeni baş məşqçisi Samir Abasovun debüt qarşılaşması idi. Lakin göründüyü kimi, onun debütü çox uğursuz alındı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib