Premyer-liqa
Bezotosnı 100-ü keçdi
Topaz Premyer Liqasının 4-cü turu “Qəbələ”nin qa…
Topaz Premyer Liqasının 4-cü turu “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, ukraynalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 35 yaşlı qapıçı “100”ə “Sabah”la səfər görüşündə (0:1) çatıb. Ölkəmizdə 5-ci mövsümünü keçirən qolkiper bu oyunların hamısını “Qəbələ”də keçirib və 69 qol buraxıb.
2015-ci ilin əvvəlindən bu klubda çıxış edən ukraynalı 2014/15 mövsümündə 15 (7 qol buraxıb), 2015/16 mövsümündə 28 (16 qol buraxıb), 2016/17 mövsümündə 27 (19 qol buraxıb), 2017/18 mövsümündə 26 (23 qol buraxıb), cari çempionatda isə 4 dəfə (4 qol buraxıb) meydana çıxıb.
Dmitri “Qəbələ”nin heyətində Premyer Liqada ən çox oyun keçirən 4-cü futbolçudu. Onadək Ürfan Abbasov (156 oyun), Dodo (131 oyun) və Viktor Mendi (112 oyun) 100 oyun səddini arxada qoyub.
Xatırladaq ki, Bezotosnı “Qəbələ”də və Premyer Liqada 2015-ci il fevralın 1-də “Bakı” ilə səfər matçında (2:0) debüt edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib