Ölkə futbolu
“Bu, karyeramdakı ən gözəl qol ötürməsi idi”
Topaz Premyer Liqasının 4-cü turunda keçirilən “K…
Topaz Premyer Liqasının 4-cü turunda keçirilən “Keşlə” ilə oyunun (2:0) qəhrəmanlarından biri “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov idi.
Futbolinfo.az xəbər verir ki, meydana 75-ci dəqiqədə çıxan hücumçu iki məhsuldar ötürmə ilə komandasının qələbəsində xüsusi pay sahibi oldu. Abbasov oyunla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:
“Çox şadam ki, komandanın qələbəsində mənim də rolum oldu. İlk qol epizodunda yeganə məqsədim topu meydanda saxlamaq idi. Desəm ki, Antonun boş olduğunu görüb topu bilərəkdən ona ötürdüm, yalan danışaram. Düzdü, qol ötürmələrimin sayı elə də çox deyil. Amma bu, karyeramdakı ən gözəl qol ötürməsi idi. İkinci qol epizodunda isə biz dörd nəfər bir nəfərə qarşı çıxmışdıq. Belə vəziyyətdə topu mütləq futbolçuların birinə ötürmək lazımdı. Çünki topdan sürətli qaçmaq olmur”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib