Premyer-liqa
Alxasov 100-ü yarıladı
Slavik Alxasov “Keşlə”nin heyətində 50-ci çempi…
Slavik Alxasov “Keşlə”nin heyətində 50-ci çempionat oyununu keçirib.
Dsport.az xəbər verir ki, müdafiəçinin yubileyi “Neftçi” ilə Topaz Premyer Liqasının 4-cü turuna təsadüf edib. 2016-cı ildən indiki klubunda çıxış edən Alxasov 50 görüşdə 6 qol sevinci yaşayıb.
O, 2016/17 mövsümündə 18 qarşılaşmada 1, ötən çempionatda isə 28 matçda 4 dəfə rəqib qapısına yol tapıb. 25 yaşlı futbolçu cari mövsümün 4 görüşündə də 1 dəfə fərqlənib.
Qeyd edək ki, Alxasov 1999-cu ildən çempionatın yüksək dəstəsində çıxış edən klubun tarixində 50 və daha çox oyun keçirən 42-ci futbolçudu.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib