Ölkə futbolu
“Simurq”un cəzalıları sıraya dönür (FOTOLAR)
"Simurq" Topaz Premyer Liqasının 12-ci turunda qarşılaş…
"Simurq" Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Bakı" ilə oyunun hazırlıqlarını ara vermədən davam etdirir. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, "Neftçi" ilə oyundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə istirahət verməyib.
Topaz Premyer Liqasının 12-ci turunda paytaxt təmsilçisinin qonağı olacaq komanda görüşə hazırlıqları "Şəfa” stadionunda davam etdirir.
Gündə bir dəfə olmaqla məşqə çıxan Zaqatala təmsilçisinin heyətində cəzalı futbolçuların geri qayıtması məşqçilər korpusunu sevindirən amillərdəndi. Draqan Çeran, Rəşad Eyyubov və İdan Vaytsman "Bakı"yla görüşdə forma geyinə biləcək. İlkin Qırtımov isə bu dəfə də oyundan kənarda qalacaq. Uzun müddətdir ki, zədə səbəbindən əziyyət çəkən Rövşən Əmiraslanov isə artıq komandayla məşqlərə başlayıb.
Qeyd edək ki, "Bakı" – "Simurq" oyunu yeni ayın ilk günündə, saat 15:00-da “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək.