Ölkə futbolu
Milli oyunçusundan tərbiyəsizlik: 0:7-yə görə…
Uşaq futbolunda durum faciəvidi. Yeni nəsilin yetişdirilməsində …
Uşaq futbolunda durum faciəvidi. Yeni nəsilin yetişdirilməsində ciddi qüsurlar var.
Amma futbolçu yetişdirməmək bir yana, uşaqların təlim-tərbiyəsində də ciddi axsama müşahidə olunur. Uşaq futbolunda olan məşqçilərin özünün bacarıqsız olması, pedaqoq olmamasının nəticəsidi ki, yetirmələrində də ciddi problemlər ortaya çıxır.
Belə ki, Azərbaycan U-17 milli komandasının futbolçusu Emil Məmmədli 0:7 hesabı ilə uduzmaqlarını həzm edə bilməyib. Daha doğrusu, bunu həzm etməyənlərə qarşı aqressiv davranıb. "Futbolinfo" xəbər verir ki, o, bu barədə "İnstagram"da paylaşım edən səhifələrdən birində təhqiramiz ifadə işlədib.
Gənc futbolçu yığmamızın Ukraynada rüsvayçı məğlubiyyəti ilə bağlı edilən paylaşımlara söyüşlər yazıb.
Meydanda bir işə yaramayan oyunçunun gücünü sosial şəbəkədə göstərməsinin baş məşqçi Ramin Quliyevin diqqətindədn yayınmayacağına ümid edirik. Elə futboçunun məxsus olduğu “Neftçi” klubunun rəhbərliyi də yəqin ki, balaca qəhrəmanla bağlı ölçü götürəcək.