Dünya futbolu
“Qarabağ”la oyunda favorit olduğumuzu düşünmək düzgün olmaz”
Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Seba…
Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Sebastyan Koates Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bunları söyləyib:
“Futbolda asan rəqib yoxdu. Hər zaman sürpriz nəticələr olub. Öz oyunumuzu oynamalı və rəqiblərimizdən hər zaman ən yaxşısını gözləməliyik. Bizim bu matçda favorit olduğumuzu düşünmək düzgün olmaz".
Uruqvaylı oyunçu matça yaxşı hazırlaşdıqlarını vurğulayıb: "Qələbə qazanmaq və yaxşı oyun sərgiləmək niyyətindəyik. Doğma meydanda güclü olmaq məcburiyyətindəyik. Evdə hər oyunu qazanmaq möhtəşəm olardı".
Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.