Dünya futbolu
MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi
Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı tura start ver…
Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun açılış oyununda “Fulhem” və “Uotford” üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. "Mançester Yunayted" də "Vulverhempton"la ev oyununda oxşar heç-heçəyə razılaşıb. "Kristal Pelas" – "Nyukasl" matçında isə ümumiyyətlə hesab açılmayıb.
Çempionlar Liqasına məğlubiyyətlə başlayan “Mançester Siti” səfərdə “Kardiff Siti”nin qonağı olub və 5 cavabsız qolla qalib gəlib. "Liverpul" evdə "Sauthempton"u, "Bernli" isə "Bornmut"u böyük hesabla məğlub edib. "Tottenhem" səfərdə "Brayton"dan, "Lester Siti" də evdə "Haddersfild"dən üstün olub.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal” isə “Everton”u sınağa çəkəcək.
İngiltərə Premyer Liqası
6-cı tur
22 sentyabr
Fulhem – Uotford 1:1
Qol: Mitroviç, 78 – Qrey, 2.
Bernli – Bornmut 4:0
Qol: Vidra, 39. Lennon, 41. Barnes, 83; 88.
Kardiff Siti – Mançester Siti 0:5
Qol: Aquero, 32. B.Silva, 35. İ.Gündoğan, 44. Mahrez, 67; 89.
Kristal Pelas – Nyukasl 0:0
Lester – Haddersfild 3:1
Qol: İheanaço, 19. Meddison, 66. Vardi, 75 – Yorgensen, 5.
Liverpul – Sauthempton 3:0
Qol: Hudt, 10-öz qapısına. Matip, 21. Salah, 45.
Mançester Yunayted – Vulverhempton 1:1
Qol: Fred, 18 – Moutinyo, 53.
Brayton – Tottenhem 1:2
Qol: Nokar, 90 – Keyn, 42-pen. Lamela, 76.
23 sentyabr
16:30 Vest Hem – Çelsi
19:00 Arsenal – Everton
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”