Dünya futbolu
Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə
Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunun vurulmasında Budak məhsuldar ötürmə ilə pay sahibi olub.
“Boluspor” hazırda 16 xalla 18 iştirakçı arasında ikinci pillədədi.