Dünya futbolu
Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal
Futbol üzrə Latviya Birinci Liqasında 18-ci turun oyunları ke&…
Futbol üzrə Latviya Birinci Liqasında 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “RTU-Skonto” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda fərqlənə bilməyib.
Qeyd edək ki, millimizin sabiq forvardı cari mövsümdə 23 qol vurub.
“Dauqavpils” 18 turdan sonra 46 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.