Dünya futbolu
Almeyda “Astana”da qol hesabını açdı
Futbol üzrə Qazaxıstan çempionatında 27-ci turun oyunla…
Futbol üzrə Qazaxıstan çempionatında 27-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Akjaik” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Almeyda da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Komandasının bu oyundakı ilk qolunu da Almeyda vurub. Millimizin yarımmüdafiəçisi qarşılaşmanın 23-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə “Astana”da qol hesabını açıb.
"Astana" hazırda 61 xalla 12 iştirakçı arasında vahid liderdi.