Milli komanda
Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif
Ukraynanın U-17 yaşadək futbolçulardan ibarət yığmasını…
Ukraynanın U-17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vladimir Yezerski Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyunları, həmçinin toplanış barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsinin iştirakçısı olacaq millimizə 2 matçda 10 qol vurmalarına baxmayaraq (7:0 və 3:0), Azərbaycan yığmasının qeyri-ciddi rəqib olmadığını söyləyib:
“Futbolçularımızın hazırıq prosesinə münasibətindən ümumilikdə razıyam. Azərbaycan yığmasıyla yoldaşlıq görüşlərində yeni futbolçulamız da yaxşı təsir bağışladılar. Əvvəlcə İrlandiya ilə 2 yoxlama matçı keçirmək planımızda idi. Ancaq onlar baş tutmadı. Azərbaycanla oynamaq varinatı da bizi qane edir. Onların matçlarını izləmişdim. Ona görə deyə bilərəm ki, səviyyəli rəqibdi. Qazaxıstanda beynəlxalq turnirin qalibi olublar. Onu unutmaq lazım deyil ki, Ukrayna yğması azərbaycanılarla qarşılaşmada xüsuslə ilk hissəni yaxşı səviyyədə keçirdi. İkinci hissə isə onu göstərdi ki, rəqib 3 qol buraxmasına baxmayaraq, sarsılmazdı. Belə oyunlar ukraynalı futbolçularda inam yaradır”.