Dünya futbolu
Şeydayev oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları ke&cc…
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:3.
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
“Krılya Sovetov” 8 turdan sonra 7 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.