Ölkə futbolu
Kravçenko “Qarabağ”ın rəqibini dəyərləndirdi
“Qarabağ”ın nəticələrinə baxıram. Hərdən də onla…
“Qarabağ”ın nəticələrinə baxıram. Hərdən də onlarla əlaqə saxlayıram. Bu komandanın gücü var. “Vorskla” üçün Azərbaycan klubu ilə oyunlar çox çətin olacaq. Çünki Qurban Qurbanovun komandasının Avropa təcrübəsi var və hər şeyə hazırlıqlıdır” – “Futbolinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Dnepr-1” klubunda çıxış edən Sergey Kravçenko deyib.
Sergey “Vorskla”nın qrup şanslarına da münasibət bildirib: “Unay Emeri “Vorskla”ya qarşı yaxşı heyət buraxmışdı. Deməli, hamı komandaya hörmət edir. Londonda iki qol vurmaq pis deyil. Açıq danışsaq, çətin ki, qrupdan çıxsınlar. Amma ümid sonda ölür. Sensasiya inandırıcı deyil”.
"Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada baş tutacaq.
Kravçenko 2005-ci ildə "Qarabağ"da çıxış edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…