Ölkə futbolu
Qurban Qurbanov: “Bunu bacardığımız üçün sevinirəm”
“Məğlub olduq. Dünəndən bu oyun haqda çox danş?…
“Məğlub olduq. Dünəndən bu oyun haqda çox danşırdıq. Fikrimiz rəqibdən çəkinməyərək, öz oyunmuzu göstərmək idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər. Böyümək üçün bu cür böyük məğlubiyyətlər lazım olur. Qalib gəlmək üçün isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarında yararlana bilmədik”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda İngiltərə təmsilçisi “Arsenal”a evdə 0:2 hesablı məğlubiyyətdən sonra söyləyib.
46 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində pressinq tətbiq etmələri düşünülmüş addım olub: “Pressinq tətbiq etməyimiz düşünülmüş idi. Emerinin son dəfə nə zaman 3 mərkəz müdafiəçi ilə oynadığını xatırlamıram. Heyəti görəndən sonra bəzi dəyişikliklər etdik. Amma bu, bizim üçün tanış sistemdi. Azarkeşlərə yaxşı futbol göstərmək istəyirdik. Bunu bacardığımız üçün sevinirəm”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var