Ölkə futbolu
“Sumqayıt”ın zədəlilərinin son durumu
Topaz Premyer Liqasının 7-ci turunun “Səbail”lə qarş?…
Topaz Premyer Liqasının 7-ci turunun “Səbail”lə qarşılaşmasından sonra istirahətə buraxılan “Sumqayıt” bu gündən etibarən məşqləri bərpa edib.
Futbolinfo.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında bu gün səhər məşqini keçirib. Zədəli olan Əfran İsmayılov və milli komandalarda olan Bəxtiyar Həsənalızadə, Süleyman Əhmədov, Yusif Nəbiyev və Süleyman Süleymanov hazırlıq prosesində iştirak etməyib. Rail Məlikov fitness zalında fərdi çalışmalarla kifayətlənib. Elvin Məmmədov isə zədəsini tam sağaldaraq komanda ilə birlikdə məşqlərə başlayıb. Hazırlıq prosesi ərzində müxtəlif toplu çalışmalar edilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə müddətində “Sumqayıt” yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunun keçirilmə tarixi və rəqibin kimliyi yaxın günlərdə açıqlanacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi