Dünya futbolu
MS-nin braziliyalısı sıradan çıxdı
İngiltərənin “Mançester Siti” klubu ciddi itki i…
İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, "şəhərlilər"in braziliyalı futbolçusu Danilo yığmasının Argentina ilə qarşılaşdığı yoxlama oyununda zədələnib. O, matçın 53-cü dəqiqəsində zədələnərək, Fabio Tavareslə əvəzlənib.
Danilonun zədəsinin ciddi olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı qeyd edilib.
Braziliya – Argentina matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.