Layihə
GÜNÜN XATIRLATMASI: 22 komandadan 17-si Bakıda məskunlaşıbsa…
Topaz Premyer Liqasında 8, I divizionda 14 komanda mübarizə apa…
Topaz Premyer Liqasında 8, I divizionda 14 komanda mübarizə aparır. 22 komanda – ilk baxışdan pis görünmür. Amma iş ondadı ki, onlardan 7-si elita təmsilçilərinin əvəzediciləridi. Deməli, bizim 15 komandamız var.
Vaxtilə Azərbaycan çempionatının təkcə yüksək liqasında bu qədər komanda olardı. AFFA-nın indiki rəhbərliyinin hakimiyyəti dövründə o qədər lazımsız işlər görülüb, idarəetmə elə səriştəsiz adamlara tapşırılıb ki, vəziyyət belə biabırçıdı.
Və ən pisi odur ki, bu 22 komandadan cəmi 5-i Abşeron yarımadasından kənarda oynayır, onun da 4-ü divizion təmsilçisidi. “Sumqayıt” stadion problemi üzündən paytaxtı gəzir, “Qarabağ” məlum səbəblərdən Suraxanıda məskunlaşıb. “Qəbələ”, “Turan Tovuz”, “Zaqatala”, “Ağsu”, “Kəpəz” – vəssalam, qalan 17 komanda Abşeronda məskynlaşıb.
Bu mənzərədən sonra bölgələrdə futbolun inkişafından danışmaq, sabaha ümid etmək mənasızdı…