Ölkə futbolu
“Napoli”də itki: PSJ-yə qarşı oynamayacaq
İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib…
İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu Simone Verdi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə A Seriyasının 9-cu turunda “Udineze” ilə matçda (3:0) zədələnən Verdinin, “Napoli”nin növbəti iki oyununu buraxmalı olacağı qeyd olunub. 26 yaşlı futbolçu Çempionlar Liqasında PSJ və A Seriyasında “Roma” ilə oyunlarda iştirak etməyəcək.
“Napoli” Verdini yay transfer pəncərəsi dövründə 25 milyon avro qarşılığında “Bolonya”dan transfer edib.