Dünya futbolu
17-ci dəfə ölkə çempionu oldu
Futbol üzrə Moldova çempionatında 2018-ci il mövs&u…
Futbol üzrə Moldova çempionatında 2018-ci il mövsümünün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Şerif” mövsümün sonuna 4 tur qalmış çempionluğunu təmin edib.
Tiraspol klubu 24-cü tur çərçivəsində doğma meydanda əsas izləyicisi “Milsami” ilə heç-heçəyə razılaşıb – 1:1.
Bu heç-heçədən sonra xal hesabını 54-ə çatdıran “Şerif” “Milsami” ilə 15 xallıq fərq yaratmaqla qızıl medalları vaxtından öncə təmin etməyi bacarıb.
Qeyd edək ki, bu, 1997-ci ildə yaranmış “Şerif”in geridə qalan 21 ildə 17-ci ölkə çempionluğudu. Tiraspollular 9 dəfə də Moldova Kubokunu, 8 dəfə isə Super Kuboku qazanıblar.