Layihə
GÜNÜN NİDASI: Millinin oyunlarından sonra!
AFFA Klublar Komitəsi noyabrda bir araya gələcək. Mayın 1-dən bu…
AFFA Klublar Komitəsi noyabrda bir araya gələcək. Mayın 1-dən bu yana toplaşmayan qurum gələn ay şeytanın qıçını qırmaq niyyətindədi.
Bunu əməkdaşımızla söhbətində qurumun koordinatoru Zaur Hacı-Məhərrəmov bildirdi: “Komitə sədri Kamran Quliyevlə 2 gün öncə danışmışıq. İlin yekun iclası noyabr ayına planlaşdırılır. Milli komandanın oyunlarından sonra klub nümayəndələri bir yerə toplaşacaq! Yayda, fasilə dövründə toplaşmadıq, amma indi mövsüm başlayıb və bəzi məsələlər müzakirə olunmalıdı. Bu müddət ərzində klublardan da hər hansı təklif gəlmədiyindən iclasa ehtiyac olmayıb. Yəqin ki, yekun iclasa kimi dəyişiklik olar. Klubların təkliflərini gözləyirik”.
Maraqlıdı, klubların diqqət göstərmədiyi, heç bir dərdini bildirmədiyi qurum, ümumiyyətlə, lazımdımı? Yoxsa klub futbolumuzda vəziyyət o qədər yaxşıdı ki, gündəmə gətirmək üçün məsələ yoxdu?
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu