Müsahibə
Gerrye: “Azarkeşlər və “Qarabağ” maşın kimidi”
“Qarabağ”ın müdafiəçisi Donald Gerryenin fu…
“Qarabağ”ın müdafiəçisi Donald Gerryenin futbolinfo.az saytına müsahibəsi:
– “Səbail”lə oyundakı texniki məğlubiyyəti unutmusuz?
– Düzdü, biz texniki səhvə görə uduzduq. Amma bu, keçmişdə qaldı. Belə hallar baş verə bilər. Artıq qarşıdakı oyunlara baxmaq lazımdı. Bizim vacib matçlarımız var. Bütün gücümüzü ora sərf etməliyik. Baş verənləri unutmasaq, nə dəyişəcək?
– “Vorskla” ilə matça hazırsız?
– 2 gün sonra Avropa Liqasında bizim üçün çox vacib oyun var. Bu qarşılaşmaya maksimum şəkildə hazırlaşırıq. Fikrimizi daha çox bu oyuna yönəltməyə çalışırıq. Bu oyunda qalib gəlməliyik. 3 xal bizim üçün çox vacibdi. Əlimizdən gələn hər şeyin ən yaxşısını etməliyik. “Qarabağ”ın gücünü göstərməliyik.
– Qələbə qazanmaq şansınız nə qədərdi?
– Bunu demək üçün çox tezdi. Çünki rəqib asan komanda deyil. Amma biz evdə oynayırıq, şanslarımız var. Ümid edirəm ki, yaxşı nəticə olacaq. Bu futboldu və istənilən nəticə ola bilər. Amma evdə azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlar üçün meydanda “döyüşəcəyik”.
– Bundan öncə keçirdiyiniz hər iki oyunda qol vurmadan uduzmusuz. Amma sizdən fərqli, rəqibiniz “Arsenal”a səfərdə 2 qol, “Sportinq”ə evdə 1 qol vurub. Onu da qeyd etmək lazımdı ki, onlar Lissabon təmsilçisinə son dəqiqələrdə buraxdıqları qollarla uduzublar. Bu, sizi düşündürmür?
– Bu, önəmli məsələ deyil. Yəni biz düşünmürük ki, ukraynalılar “Arsenal”a 2 qol vurub, “Sportinq”ə son dəqiqədə uduzub. Düşünürəm ki, bizim yaxşı motivasiyamız var. Biz daha yaxşısını edə bilərik. Buna əminəm. 2 gün sonra meydanda öz sözümüzü deməyə çalışacağıq.
– Bu oyuna biletlərin az satılması sizi narahat etmir?
– Əlbəttə ki, narahat edir. Azarkeşlər bizim üçün çox vacibdi. Azarkeşlər və komanda maşın kimidilər. Maşının təkərləri olmadan hərəkət edə bilməz. Onlar da bizim üçün bu qədər vacibdilər. Ümid edirəm ki, daha çox bilet satılacaq və onlar oyuna gələcəklər. Yaxşı nəticələr üçün onlara ehtiyacımız var.
– “Vorskla”nın hansı oyunçusu diqqətinizi çəkib?
– Onların oyunlarına baxmışıq. Yaxşı heyətə malikdilər və öz sistemləri var. Xeyli sayda yaxşı futbolçuları var. Komanda yoldaşımızla birlikdə həmin futbolçuları zərərsizləşdirə biləcəyimizə ümid edirəm. Yaxşı oyun göstərməliyik.
AĞA
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə