Milli komanda
Millimizin rəqiblərinin oyununda 6 cavabsız qol
17 yaşadək futbolçular arasında Avropa çempionatını…
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 8-ci qrupda ilk tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, qrupun digər oyununda Çexiya və Albaniya yığmaları üz-üzə gəliblər. Bu görüşdə çexlər rəqib qapısından 6 cavabsız top keçiriblər və liderliyə yüksəliblər.
Qeyd edək ki, qrupun ilk oyununda yığmamız Norveçə 1:4 hesabı ilə uduzub. Ramin Quliyevin çalışdırdığı Azərbaycan millisi 2-ci tur çərçivəsində oktyabrın 26-da Çexiyayla qarşılaşacaq.