Ölkə futbolu
“Qəbələ” Moldovada son məşqə çıxdı
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət …
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib.
Futbolinfo.az xəbər verir ki, dünən matçın keçiriləcəyi Moldovanın Tiraspol şəhərinə çatan “qırmızı-qaralar” “Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda bu gün matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında məşq edib.
Sabah keçiriləcək “Şerif” – “Qəbələ” qarşılaşması da kompleksin bu meydançasında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.