Dünya futbolu
“Barselona”dan qələbə, “Liverpul”la “Borussiya”dan darmadağın
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində …
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə də 8 qarşılaşma baş tutub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" doğma meydanda "Şalke"ni qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.
Günün mərkəzi görüşü isə İspaniyada keçirilib. "Barselona" "İnter"lə münasibətlərinə aydınlıq gətirib. “Barsa”nın bu oyunda ən böyük itkisi Lionel Messi idi. Argentinalı hücumçu zədə səbəbindən komandasına kömək edə bilmirdi. Amma onun yoxluğunda komandası inamlı qələbə qazanmağı bacarıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
24 oktyabr
A qrupu
Brügge (Belçika) – Monako (Fransa) 1:1
Qol: Uesli, 39 – Silla, 31.
Borussiya (Dortmund, Almaniya) – Atletiko (İspaniya) 4:0
Qol: Vitsel, 38. Gerrero, 73; 89. Sanço, 84.
B qrupu
PSV (Hollandiya) – Tottenhem (İngiltərə) 2:2
Qol: Lozano, 30. De Yonq. 87 – Moura, 39. Keyn, 55.
Barselona (İspaniya) – İnter (İtaliya) 2:0
Qol: Rafinya, 32. Alba, 83.
C qrupu
Liverpul (İngiltərə) – Srvena Zvezda (Serbiya) 4:0
Qol: Firmino, 20. Salah, 45; 51-pen. Mane, 80.
PSJ (Fransa) – Napoli (İtaliya) 2:2
Qol: Rui, 61-öz qapısına. Di Mariya, 90 – İnsinye, 29. Mertens, 77.
D qrupu
Qalatasaray (Türkiyə) – Şalke (Almaniya) 0:0
Lokomotiv (Moskva, Rusiya) – Portu (Portuqaliya) 1:3
Qol: Mirançuk, 38 – Mareqa, 26-pen. Herrera, 35. Korona, 47.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu